Yay mövsümünün gəlişi ilə bölgələrimizə, istirahət məkanlarına səfər edən sürücülərin sayı kəskin artıb. Bəs uzun yol, yüksək sürət, yorğunluq və diqqətsizlik fəsadlara yol açmasın deyə nə etməliyik? Rayon və dağlıq yollarda sürücülərin ən çox yol verdiyi xətalar hansılardır? Avto FM-in "Qaydaları Pozma" verilişinin bu buraxılışında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və dinləyicilərimiz rayon yollarındakı təhlükələri, kəskin döngələrdə sürət həddini və uzaq məsafəli səfərlər zamanı avtomobilin texniki sazlığının vacibliyini müzakirə edirlər.
Podden och tillhörande omslagsbild på den här sidan tillhör
Avto FM 107.7. Innehållet i podden är skapat av Avto FM 107.7 och inte av,
eller tillsammans med, Poddtoppen.