Avto FM-in "Qaydaları pozma" verilişində kredit tarixçəsi, mənfi qeydlər, "qara siyahı" mifləri və bank kreditləri götürərkən diqqət edilməli olan maliyyə qaydaları müzakirə olunur. "Bank of Baku" Kiçik və Orta Biznes Bankçılığı Departamentinin direktor müavini və Azərbaycan Banklar Assosiasiyasının eksperti İsmail Məmmədov kredit reytinqini düzəltməyin yollarını, zaminliyin risklərini və rəsmi gəlir olmadan kredit almaq imkanlarını açıqlayır. Podcastda cavab tapacağınız əsas suallar:
Mərkəzi Kredit Reyestri nədir və kredit tarixçəsi necə formalaşır?
"Qara siyahı"dan necə çıxmaq olar? (Lombard və xırda kredit metodu)
Zamin durduğunuz şəxs krediti ödəməsə sizin kredit tarixçənizə nə olur?
Kredit hesabındakı 1 manatlıq texniki borc krediti necə batırır?
Gənclərin və tələbələrin kredit götürərkən etdiyi böyük səhvlər.
Podden och tillhörande omslagsbild på den här sidan tillhör
Avto FM 107.7. Innehållet i podden är skapat av Avto FM 107.7 och inte av,
eller tillsammans med, Poddtoppen.