Avto FM 107.7
Avsnitt

KASKO Sığortası Nədir və Necə Edilir? - Avtomobil Sığortasında Bilməli Olduğunuz Hər Şey | Qaydaları Pozma

Dela

Avtomobiliniz üçün KASKO sığortası etdirmək həqiqətən vacibdir, yoxsa bu sadəcə əlavə xərcdir? Bu söhbətimizdə, yol hərəkəti zamanı baş verə biləcək gözlənilməz hadisələr, yol qəzası və təbii fəlakətlər zamanı sürücüləri gözləyən ciddi maddi itkilərdən qorunma yollarını müzakirə edirik. KASKO sığortası olmayan bir sürücü hansı risklərlə üzləşir və sığorta şirkətləri hansı hallarda sığorta ödənişindən imtina edir?


Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev "AvtoFM"-in qonağı olaraq, avtosığorta müqaviləsi bağlayarkən diqqət edilməli olan gizli bəndlər, azadolma məbləği və köhnə avtomobillərin sığortalanması barədə ən çox verilən sualları cavablandırır. Lizinq və ya kreditlə maşın alanlar üçün KASKO-nun üstünlükləri və moped/motosiklet qəzalarında zərərin qarşılanması qaydaları bu videoda!

Podden och tillhörande omslagsbild på den här sidan tillhör Avto FM 107.7. Innehållet i podden är skapat av Avto FM 107.7 och inte av, eller tillsammans med, Poddtoppen.