"Qaydaları Pozma" verilişinin bu buraxılışında aparıcı Ceyhun Həsənlinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, Polis Polkovnik-Leytenantı Mübariz Ağayevdir.
Mübariz müəllim son illərdə avtomobillərin sayının artmasına baxmayaraq, qabaqlayıcı preventiv tədbirlər sayəsində ölüm və xəsarətlərin azalma tendensiyasını açıqlayır. Lakin arxayınlaşmaq olmaz! Yollarda ən çox ölümə səbəb olan SÜRƏT HƏDDİNİN AŞILMASI, ara məsafəsinin saxlanmaması və piyadaların məsuliyyətsizliyi kimi kritik mövzulara toxunuruq. Həmçinin, sükan arxasında WhatsApp-dan yazı və səs vasitəsilə istifadə etməyin, diqqəti yayındırmağın yaratdığı dəhşətli qəza risklərini müzakirə edirik. Sürücü və piyada olaraq hamımızın bilməli olduğu bu qızıl qaydaları mütləq izləyin!
Podden och tillhörande omslagsbild på den här sidan tillhör
Avto FM 107.7. Innehållet i podden är skapat av Avto FM 107.7 och inte av,
eller tillsammans med, Poddtoppen.